ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında ABŞ missiyasının rəhbəri Ketrin Brooker çıxışını “Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətə” həsr edib.
Brookerin ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyinin saytında dərc olunmuş çıxışında vurğulanıb ki, Vaşinqton Ermənistan hökumətinin “Azərbaycanın sentyabrın 19-da keçirdiyi əməliyyatdan sonra evlərini tərk edən məcburi şəxslərə” yardım göstərmək səylərini dəstəkləyir.
Brooker Qarabağı könüllü olaraq tərk etmiş erməniləri “məcburi köçkünlər” kimi qələmə verməklə kifayətlənməyərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunun tərkib hissəsi olan “Dağlıq Qarabağ” ifadəsini də işlədib.
Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikasının tərkibində “Dağlıq Qarabağ” adlı heç bir ərazi vahidi yoxdur.
Azreform.info