Dəri sağlamlığının pisləşməsinə səbəb olan 5 vərdiş - Bunları etməyin!

1
İyn
2024
13:21

Hamar və parlaq dəriyə sahib olmaq hər bir qadının arzusudur. Ancaq gündəlik həyatdakı bəzi vərdişlərimiz dəri sağlamlığının pisləşməsinə səbəb ola bilər.

Azreform.info "haber7"yə istinadla dəri sağlamlığına və gözəlliyinə mənfi təsir edən 5 vərdişi təqdim edir:

1. Az yuxu

Bədənimiz yuxu zamanı özünü yeniləyir. Buna görə də kifayət qədər yatmamaq və nizamsız yuxu dəri sağlamlığımıza təsir edir. Hüceyrələrin yenilənməməsi mat və quru dəriyə sahib olmağımıza səbəb olur.

2. Qeyri-sağlam qidalanma

Qeyri-sağlam və pis qidalanmadığımız zaman dərimiz tez qocalır. Dəri üçün lazım olan vitaminləri qəbul etməmək, həddindən artıq duz və şəkər qəbul etmək dəri sağlamlığımıza zərər verə bilər.

3. Günəş kremi istifadə etməmək

Günəş kremi istifadə etmədən günəş işığına məruz qalmaq erkən yaşlanmaya və günəş yanıqlarına səbəb olur. Dəri xərçənginə tutulma riskiniz daha da artır. Bu səbəbdən çölə çıxarkən günəşdən qoruyucu kremlərdən istifadə etməlisiniz.

4. Sızanaqların sıxılması

Ən çox rast gəlinən dəri problemlərindən biri də sızanaqların sıxılmasıdır. Bu, dəriyə böyük ziyan vurur. Sızanaqları sıxmaq iltihaba, ləkələrə və bakteriyaların artmasına səbəb olur. Sızanaqlardan xilas olmaq üçün həkim nəzarəti altında düzgün müalicə tətbiq etmək lazımdır.

5. Hovuzlardakı xlor

Xlor dezinfeksiyaedici və zəhərli təsir göstərə bilən və suda həll olunan qazdır. Həddindən artıq çox təmas etdikdə dərimizə, gözlərimizə, ağciyərlərimizə və mədəmizə zərər verə bilər. Saçlarımıza da təsir edir və boyalı saçlarda rəng dəyişikliyinə səbəb ola bilər. Hovuzdan çıxdıqdan sonra bədənimizi xlordan dərhal təmizləməliyik. 

Billurə Yunus