Bakıda avtomobil 5 yaşlı uşağı vurub

31
May
2024
10:14

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Məryəm Mehdi qızı Süleymanlını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.