Finlandiya Prezidenti İlham Əliyevə zəng edib

30
May
2024
18:28

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Azreform.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Finlandiya Prezidenti dövlətimizin başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.