Rusiyanın Volqoqrad əyalətində 10 nəfərdə balıqdan botulizm aşkarlanıb.
“Medicina” xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat verib.
Əgər xəstələr vaxtında həkimə müraciət etməsə, 70% halda ölümlə nəticələnir.
Clostridium botulinum ifraz etdiyi zəhərdən güclü zəhər yoxdur.
2024-cü ilin əvvəlindən regionda 10-12 nəfər botulizm simptomları ilə xəstəxanaya müraciət edib. Şübhəli ərzaq evdə hazırlanmış hisə verilmiş balıqdır.
Zəhərlənmədən sonra botulizm əlamətləri 2 saatla 1 sutka arasında özünü göstərə bilər.
Botulizmin əsas əlamətləri:
- Görmədə ikili, dumanlı görmə
- Əzələ zəifliyi
- Udmada çətinlik
- Nitqin pozulması
- Tənəffüs yollarının iflici
- Ağızda quruluq
- Huşun itməsi
Botulizmdən qorunmaq üçün qidalar düzgün yuyulmalı, bişirilməli və saxlanmalıdır. Ət, yumurta, balıq kifayət qədər yüksək odda hazılanmalıdır ki, bakteriya məhv olsun.
Şoraba, ev konservlərindən ehtiyatlı olun.