Abşeronda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

29
May
2024
21:00

Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Azreform.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Abşeronda yaşayış binasında yanğın olub.

Azreform.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.