Prezident qanunu imzalamasa, onun yerinə özüm imzalayacağam - Spiker

29
May
2024
13:42

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanunu imzalamayacağı təqdirdə, qanunu onun yerinə özüm edəcəyəm.

Azreform.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib.

Spiker əlavə edib ki, xarici agentlər haqqında qanun mayın 28-də  qəbul edilərək prezident administrasiyasına göndərilib.

“İndi biz imza gözləyirik. Aydındır ki, böyük ehtimalla Zurabişvili bunu imzalamayacaq. Müvafiq olaraq, mən bu qanunu imzalayacağam”, - Papuaşvili deyib .

Mürtəza
Azreform.info