Bakı-Qazax yolunda ağır QƏZA: Ölən və xəsarət alanlar var

28
May
2024
22:42

Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info Oxu.Az-a istinadla xəbər verir ki, qadın sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində sürücü ölüb, üç nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.