Sumqayıtda zəncirvari qəza - xəsarət alanlar var

28
May
2024
19:56

Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var.

Azreform.info xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

"Kia", "Mercedes" və "Vesta" markalı avtomobillər toqquşması nəticəsində 2 qadın xəsarət alıb.

Onlar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.