Xətaidə eyvandan yıxılan şəxs öldü

24
May
2024
09:35

Bakı şəhərinin Xətai rayonunda eyvandan yıxılan şəxs ölüb.

"Report"un məlumatına görə, İsmayılov Rasim Abutalıb oğlu yaşadığı binanın 6-cı mərtəbəsində eyvandan yıxılaraq ağır xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.