Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı - VİDEO

22
May
2024
14:07

Bu gün səhər radələrində Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

Azreform.info bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.