Moskvada miqrantlar arasında dava: ölən və yaralananlar var 

21
May
2024
22:21

Moskvanın cənubunda kütləvi dava baş verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Qərbi Biryulevo rayonunda qeydə alınıb.

Miqrantlar arasında baş verən dava zamanı odlu silahdan istifadə olunub.

Hadisə şəhidlərinin bildirdiyinə görə, bir nəfər atəş nəticəsində ölüb.

Ölən şəxsin avtomobilə qoyularaq hadisə yerindən uzaqlaşdırıldığı bildirilib.

"112" teleqram kanalı öz mənbələrinə istinadən bildirib ki, atışma zamanı dörd nəfərin yaralandığı barədə məlumat yayıb.

Hazırda polis kütləvi davanın iştirakçılarını axtarır