Simonyan ukraynalı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib

21
May
2024
20:21

Ukrayna və Ermənistanın parlament sədrləri Ruslan Stefançuk və Alen Simonyan arasında telefon danışığı olub.

Azreform.info APA-ya istinadla xəbər verir ki, telefon danışığı zamanı Cənubi Qafqazda ümumi vəziyyət və təhlükəsizliklə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında həmçinin hər iki ölkənin parlamentləri səviyyəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.