Qaxda güclü yanğın başladı

21
May
2024
00:21

Qax rayonunda maşın təmiri sexlərində yanğın baş verib.

APA-nın  məlumatına görə, saat 23 radələrində Qax şəhəri Natəvan küçəsində fəaliyyət göstərən maşın təmiri sexlərində yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.