Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA

20
May
2024
12:28

İran prezidentini daşıyan helikopter 2500 metr hündürlükdə və əlçatmaz yerlərdə zədələnib və bütün sərnişinlər fəlakətdən sonra ilk dəqiqələrdə dünyasını dəyişib.

Azreform.info İran mətbuatına istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.