Rəisinin helikopterinin düşdüyü ərazi 

19
May
2024
23:42

İran istintaqının məlumatına görə, prezident İbrahim Rəisinin helikopteri Sonqun mədəninin yaxınlığında Dizmar meşələri istiqamətində qəzaya uğrayıb.

Azreform.info xarici mediaya istinadən xəbər verir ki, peyk görüntüləri hava şəraitinin son dərəcə əlverişsiz olduğunu göstərir. O cümlədən oranı güclü duman və buludların əhatə etdiyi nəzərə çarpır. 

Qeyd edilir ki, Dizmar meşələri geniş bitki örtüyü olan dağlıq ərazidir.

Azreform.info