Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb

19
May
2024
19:49

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb.

Azreform.info xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.