Ağsu dolaylarında asfalt çökdü, maşınlar üçün problem yarandı

19
May
2024
16:28

Ağsu dolaylarında asfalt çöküb, yolun hər iki istiqamətində yol bağlanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, son günlər yağan güclü leysan yağışlarıdan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.

Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Hazırda ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.