Dünən Premyer Liqanın 33-cü turu çərçivəsində "Qarabağ"la keçirilən matç (0:5) Miodraq Bojoviçin "Neftçi"dəki perspektivinə aydınlıq gətirib.
Böyükhesablı məğlubiyyətdən sonra klubun Müşahidə Şurasının üzvləri təcili məsləhətləşmə aparıb və demək olar ki, hər kəs bu baş məşqçi ilə yola davam etməmək təşəbbüsü ilə çıxış edib.
Ümumi fikirə görə, 56 yaşlı monteneqrolu ən geci mayın sonunda vəzifəsi ilə vidalaşmalıdır. Şura üzvlərinın gəldiyi qənaətə görə, balkanlı çalışdırıcı futbolçuların prtensialından düzgün yararlanmır və onlara təsir imkanlarını itirib.
Bojoviç ötən ilin dekabrında (24-də) Adrian Mutunu əvəzəyib. Sezona rumıniyalı sükançı ilə başlayan "ağ-qaralar" qeyri-sabit nəticələrdən dolayı onunla 2 illik müqaviləyə vaxtından xeyli əvvəl xitam vermək məcburiyyətində qalıb.
Uzun illər Rusiyanın müxtəlif klublarında işləmiş Bojoviçlə anlaşma isə 6 ay-1 illik nəzərdə tutulub. O. qarşısına qoyulan məqsədlərdən heç birinə çatmayıb.
Bakılılar Premyer Liqa çempionluğunu əldə etməməklə yanaşı, ölkə kuboku ilə yarımfinal mərhələsində vidalaşıb.
sportinfo.az